Dünya səyahətinə çıxmış velosipedçi Hindistanda döyüldü
Hindistanda dünya səyahətinə çıxmış 44 yaşlı moskvalı veloturist Oleq Verşinin döyülüb. Virtualaz.org xəbər verir ki, bu barədə o, özünün “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Turistin sözlərinə görə, yerli sakinlər düyü tarlasında çadır qurmuş rusiyalını oğru zənn ediblər. “Tarlanın sahibləri olan iki gənc çox aqressiv idilər. Onlar məni görən kimi dalaşmağa başladılar. Cavab versəm də, qüvvələr bərabər deyildi”, - Verşinin qeyd edib.
Hazırda rusiyalı idmançı Haydarabad şəhərinin xəstəxanasındadır. Onun çənəsi və körpücük sümüyü sınıb, bir dişi düşüb.
Rusiyanın Hindistandakı səfirliyinin əməkdaşları Oleq Verşininlə əlaqə saxlayıblar, onun tezliklə əməliyyat olunacağı bildirilir.
Mənbə:> Virtualaz.org