Hindistanda anadan acıq çıxmaq üçün qızını zorladılar
Hindistanda 14 yaşlı qız iki kişi tərəfindən zorlandıqdan sonra intihar edib.
Oxu.Az The Independent-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, cinayəti qızın anasına yerli seçkilərdə uduzan namizədin qohumları törədiblər.
Hadisə ölkənin şimal-şərqində yerləşən Mirzapur şəhərində baş verib.
Seçkilərin nəticələri açıqlananda qızın anasının qalib gəldiyi müəyyən olunub (onun adı açıqlanmır). Bundan sonra qadının 14 yaşlı qızını yatdığı zaman qaçırıblar və evdən bir az kənarda yerləşən açıq sahədə zorlayıblar.
Gənc qız anası ilə birlikdə polisə şikayət ərizəsi yazıb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işi qaldırmayıblar. Evə qayıdan qız intihar edib.
Nəşrin məlumatına görə, bundan sonra cinayəti törədənlər həbs ediliblər.
Mənbə:> Oxu.Az