XİN: Almaniyada xəsarət alanlar sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

XİN: Almaniyada xəsarət alanlar sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır – YENİLƏNİB

XİN: Almaniyada xəsarət alanlar sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

Almaniyanın Myunster şəhərində yük maşınının insanların üzərinə sürülməsi nəticəsində xəsarət alanların arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.
Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib: "Hadisədə xəsarət alanlar sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi səfirlik tərəfindən Almaniya hüquq mühafizə orqanları ilə araşdırılır. Əlavə məlumat olduğu təqdirdə bildiriləcək".


Qeyd edək ki, Almaniyanın Münster şəhərində sürücünün furqonu açıq havada əyləşən insanların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Bu barədə Almaniya Daxili İşlər Nazirliyinin "Twitter" mikrobloqunda məlumat yerləşdirilib.

"Associated Press"in məlumatına görə, polis nümayəndəsi Andreas Bode jurnalistlərə açıqlamasında hadisə zamanı daha 20 nəfərin yaralandığını deyib.

Onun sözlərinə görə, furqonun sürücüsü özünü öldürüb. Bununla belə Bode qeyd edib ki, kişinin şəxsiyyəti müəyyən edilməyib və hadisənin motivləri barədə danışmaq hələ tezdir.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *