Skripalın ev heyvanlarının ölümü qalmaqala yol açıb
Heyvan haqları müdafiəçiləri Britaniya hökumətindən keçmiş kəşfiyyat polkovniki Serqey Skripalın evində yaşayan heyvanların ölümü halının araşdırılmasını tələb edib.
Oxu.Az xəbər verir ki, belə bir bəyanatla Britaniya heyvanlarının müdafiəsi cəmiyyətinin rəhbəri Eliza Allen “İndependent” qəzetinə verdiyi müsahibədə çıxış edib.
Maraqlıdır ki, təşkilat baş verənlərə görə Britaniya polisini günahlandırır. Onun sözlərinə görə, zəhərlənmə ilə bağlı insidentdən sonra polis əməkdaşları Skripalın ev dağsiçanlarını və pişiyini xilas etməyib.
Qapısı möhürlənmiş evdə qalan gəmiricilərin susuzluqdan tələf olduğu bildirilir.
Qara Fars cinsindən olan Neş van Dreyk adlı pişik isə stres vəziyyətində aşkarlanıb və sonradan müayinə olunması üçün Porton-Daun kimya laboratoriyasına göndərilib.
Baytar pişiyin istirablarına son qoymaq üçün onu iynə ilə öldürmək qərarına gəlib.
Mənbə:> Oxu.Az