Sergey Skripalın və qızının harada zəhərləndiyi məlum olub
İngiltərə polisinin təhqiqatçılar belə qənaətə gəliblər ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin Britaniya xüsusi xidmət orqanlarına işləmiş sabiq polkovniki Sergey Skripal və qızı Yuliya ilk olaraq öz evlərində zəhərli maddələrin təsirinə məruz qalıb.
Virtualaz.org RİA "Novosti"yə istinadən xəbər verir ki, zəhərli maddələrin ən böyük konsentrasiyasına evin giriş qapısının altında rast gəlinib.
Hazırda “Skripal işi” ilə Skotland-Yardın 250 mütəxəssisi məşğul olur. Onlar küçə kameralarından götürülmüş 5000 saatlıq videoyazıları araşdırırlar.
Mənbə:> Virtualaz.org