İnəyini satıb milyonçu oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Foto

İnəyini satıb milyonçu oldu – FOTO

İnəyini satıb milyonçu oldu


Ailəsi üçün aldığı inəyi satıb öz hava yolu şirkətini yaratdı.

Metbuat.az bildirir ki,Türkiyənin Dənizli şəhərində yaşayan Abdulla Arpa adlı şəxs ailəsi üçün aldığı inəyi satdı. Daha sonra pilot peşə təhsili alıb Yaponiyada öz hava yolu şirkətini qurdu. İbtidai təhsilini maddi çatışmazlıq səbəbiylə ala bilməyən bu şəxs hazırda böyük bir sərvətin sahibidir.
42 yaşlı Abdullah Arpa iş həyatına uşaq yaşlarında qab yumaq və ayaqqabı rəngləməklə başlayıb. Böyük bir ailəsi olan Abdullah zamanla bir çox işlərdə fəaliyyət göstərib. İnşaatda fəhlə işində belə çalışıb. Daha sonra Dənizlinin turizm bölgəsi olan Pamukkaleyə gəlıb. O, burada açıqca (poçt kartı) sataraq ingilis dilini öyrənməyə başalayıb. 1995-ci ildə ailəsinə aldığı inəyi sataraq cibində 300 dollarla Yaponiyaya gedib. Orada bir müddət işsiz qalan gənc adam daha sonra toyuq fermasında tanış olduğu şəxslər vasitəsilə bir işə daxil olub. Qalmağa yeri olmadığı üçün 12 gün küçədə yatıb. Lakin bununla yanaşı özünü inkişaf etdirməkdə davam etdirib. Pulu artdıqca Yaponiyada bir türk restoranı açan şəxs daha sonra 3 restoran və bir gecə klubu açıb.

Ən böyük xəyalı pilot olmaq olan Abdullah daha sonra sahib olduğu restoranları sataraq ABŞ-a gedib, Havay ştatında pilot peşə təhsli alıb. O, 6 ay Havaydakı hava yolu şirkətlərinin birində pilotluq fəaliyyəti göstərib.

Sonra Yaponiyaya qayıdan Abdullah kiçik bir sərnişin təyyarəsini icarəyə götürərək özəl şərnişinləri mənzil başına çatdırmağa başlayıb. Sonra bir şirkət quraraq gənclərə pilot təhsili verib. Abdullah hazırda bir necə şirkət və 8 ayrı hava limanında qurduğu ticarət mərkəzlərinə sahibdir.

Maddi çatışmazlıqdan oxumayan, çətinliklər yaşayan Abdullah hazırda böyük bir sərvətə malik nüfuslu insanlardan biridir. O, Yaponiya və Havayda işlərini davam etdirir. Olduqca maraqlı bir həyat hekayəsinə sahib bu adam həyatda heç nəyin mümkünsüz olmadığını sübut edib.

İnəyini satıb milyonçu oldu
İnəyini satıb milyonçu oldu
İnəyini satıb milyonçu oldu
İnəyini satıb milyonçu oldu
İnəyini satıb milyonçu oldu
İnəyini satıb milyonçu oldu
İnəyini satıb milyonçu oldu
İnəyini satıb milyonçu oldu
İnəyini satıb milyonçu oldu

Mənbə: Metbuat.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *