Gürcüstanda matəm günü elan edildi
Gürcüstan hökumətinin qərarı ilə Mindeli kömür mədənində baş vermiş faciə ilə bağlı aprelin 6-sı ölkədə matəm günü elan olunub.
Bu gün ölkə ərazisində dövlət bayraqları endiriləcək və faciə qurbanlarının xatirəsi yad olunacaq.
Qeyd edək ki, Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində 6 mədənçi ölüb, 3-ü isə xəsarət alıb.
Mənbə:> Virtualaz.org