Qaradağda iki yük maşını toqquşub: sürücü ölüb, 50 ton neft dağılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Qaradağda iki yük maşını toqquşub: sürücü ölüb, 50 ton neft dağılıb

Qaradağda iki yük maşını toqquşub: sürücü ölüb, 50 ton neft dağılıb

Ötən gün Bakı-Astara avtomobil yolunun Qaradağ rayonu ərazisində iki yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, hər ikisi qoşqulu olan “MAN” və “KamAZ” markalı yük maşınlarının toqquşması nəticəsində “MAN”ın sürücüsü - 55 yaşlı Gürcüstan vətəndaşı Tamaz Dalindze hadisə yerində ölüb.

Onun cəsədi avtomaşında sıxılmış vəziyyətdə qaldığı üçün hadisə yerinə gəlmiş xilasedicilər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

T.Dalindzenin idarə etdiyi “MAN”ın sistern-qoşqusunda olan 50 ton neft isə yolun kənarına dağılıb.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *