Bu qulaqcığın qiymətinə inanmayacaqsınız » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bu qulaqcığın qiymətinə inanmayacaqsınız – FOTO

Bu qulaqcığın qiyməti dodaq uçuqladır. ANS PRESS-in məlumatına görə, Milan Moda həftəsində "Dolce&Gabanna" dəfiləsində bu dəfə geyimlərdən çox bir aksesuar göz qamaşdırıb.

Daş-qaşla bəzədilən qulaqcıq analar günü münasibəti ilə hazırlanıb. Aksesuarın ən diqqət çəkən özəlliyi isə onun qiymətidir... 7 min dollar.

Qulaqcığın parça hissələri məxmərdən hazırlanıb. Gövdəsi isə təmiz dəridəndir. Üzəri inci və qızıl zəncirlərlə bəzədilib.

Modelyerlər qulaqcığın yaradılmasında qədim İtaliya qəbilələrindən olan "la mome" adlanan qadınlardan ilhamlanıblar.

Hələlik bu bahalı qulaqcıqdan ikisi satışa çıxarılıb. Podium üçün hazırlanan yaşıl və qırmızı rənglərində olan qulaqcıqlar üçün hələlik müştəri tapılmayıb.

Qulaqcığın hazırlanması üçün Dolce&Gabanna məşhur texnologiya şirkəti olan "Frends"lə əməkdaşlıq edib. Minimalist cizgiləri ilə tanınan "Frends"in bu günə qədər hazırladığı ən bahalı qulaqcıq 150 avro olub. Bu yeniliyin "Frends"i moda dünyasında bir necə addım irəli aparacağı gözlənilir.


Bu qulaqcığın qiymətinə inanmayacaqsınız
Bu qulaqcığın qiymətinə inanmayacaqsınız
Bu qulaqcığın qiymətinə inanmayacaqsınız
Bu qulaqcığın qiymətinə inanmayacaqsınız

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *