Bakıda gənc qadının boğazını kəsiblər
Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Qəsəbə sakini 29 yaşlı Zöhrə Məstanova öz evində yaralı halda tapılıb. Xanımı yaralı halda onlara qonaq gələn rəfiqəsi görüb və onu şəxsi avtomobili ilə 3 saylı şəhər xəstəxanaına aparıb.
Boğaz nahiyəsindən biçaq zərbəsi alan yaralı xanım əməliyyat olunub. Zərərçəkmiş verdiyi ifadədə öz - özünə xəsarət yetirdiyini deyib.
Hazırda polis və prokororluq əməkdaşları xanımın ifadəsində nə dərəcədə səmimi olmasını və onun xəsarətlərin dərəcəsini müəyyən etməyə çalışır.
Mənbə:> ANSPRESS