Deputat maşın vurub öldürən süpürgəçi haqda: “Məgər onu məcbur işlədirdilər?” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Deputat maşın vurub öldürən süpürgəçi haqda: “Məgər onu məcbur işlədirdilər?”

Deputat maşın vurub öldürən süpürgəçi haqda: “Məgər onu məcbur işlədirdilər?”

Bakıda hər gün baş verən piyada ölümlərindən biri gözlənilmədən geniş ictimai müzakirələr üçün mövzuya çevrilib.

Virtualaz.org xəbər verir ki, Heydər Əliyev prospektində, Sabunçu körpüsünün üzərində yolu süpürən qadınlardan birinin “Kamaz”la vurulub öldürüldüyünə dair foto sosial şəbəkələrdə yayılandan sonra ciddi rezonans yaradıb. Səbəb isə budur ki, həmin süpürgəçi qadın-Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Departamentinin fəhləsi Cəmilə Salahova sürət həddinin saatda 120 kilometr müəyyən edildiyi, hərəkətin kifayət qədər intensiv olduğu yolu, özü də pik saatlarında, saat 18.00 radələrində süpürməyə məcbur idi...

Deputat maşın vurub öldürən süpürgəçi haqda: “Məgər onu məcbur işlədirdilər?”


Nəticədə sosial şəbəkə istifadəçiləri və KİV-lər sual ediblər: əgər Bakıda yolları, özü də şəhərin hərəkətin kifayət qədər sıx olduğu baş prospektini əllərində süpürgə Salahova kimi yaşlı qadınlar süpürüb təmizləyirsə o zaman paytaxtın küçələrini təmizləmək üçün on milyonlarla dollar xərclənib xaricdən alınan xüsusi texnika hanı? Axı dünyanın harasında küçə və prospektləri süpürgəçi qadınlar süpürür, yağan qarı süpürgəni lopatka ilə əzəzləyən bu qadınlar küçələrdən təmizləyir?

Məsələ internet portallarda da müzakirəyə çıxarılıb. Və Milli Məclisin deputatı, səhiyyə komitəsinin sədr müavini Musa Quliyev saytlardan birinə açıqlamasında belə deyib: “Maşın yaşlı adamı da, cavanı da, uşağı da, işləyəni, işləməyəni də vura bilər. Bu səbəbdən mənə elə gəlir ki, gedən bu müzakirələr, sadəcə olaraq, yersizdir. Bu cür yanaşmanı düzgün qəbul etmirəm. Yaşlı qadını heç kim orada işləməyə məcbur etmir. Məgər, onu məcburi işlədirlər?! Ola bilər ki, əvvəlcədən o işlə məşğul olub, işdən anlayışı var, fiziki imkanları da şərait yaradır və beləliklə, öz çörək pulunu qazanır”.

Deputat maşın vurub öldürən süpürgəçi haqda: “Məgər onu məcbur işlədirdilər?”


Bakıda yolları süpürən qadınların avtomobillə vurularaq öldürülməsi hadisələri tez-tez baş verir. Və Sabunçu körpüsü üzərində baş vermiş hadisə də bunlardan biridir. Bəs deputat Quliyevin ritorikası ilə desək bu qadını orada işləməyə kim məcbur edir?

Ola bilsin ki, süpürgəçi qadını yolu süpürməyə fiziki olaraq doğrudan da heç kim məcbur etmir, o, istəsə süpürgəsini atıb işdən çıxa və beləliklə də qəpik-quruş maaşından məhrum olub evində otura bilərdi. Lakin bu zaman qadını yolu süpürməyə məcbur edən səbəb dərhal baş qaldıracaq-o, sadəcə olaraq evində çörəksiz qalacaq...

Deputat maşın vurub öldürən süpürgəçi haqda: “Məgər onu məcbur işlədirdilər?”


Çünki süpürgəçi qadını insan ləyaqətini alçaldan bu cür ağır əməyə məcbur edən məhz çörəkdir!

Digər tərəfdən deputatın sualının başqa cavabı da var: əgər Bakı dünyanın ən müasir şəhərlərindən biridirsə və burada küçələrin steril təmizliyinə xüsusi fikir verilirsə o zaman nəyə görə təmizlik işləri üçün hələ də əl əməyindən, aylıq maaşları minimum əmək haqqı həddində olan süpürgəçi qadınlardan istifadə olunur? Axı dünyanın müasir şəhərlərində çoxdan bu işləri xüsusi texnika ilə görürlər və Bakıda olduğu kimi “JEK rəisləri” hər gün səhər-axşam əllərində kustar üsulla hazırladıqları süpürgələrini tutan yaşlı qadınları küçələri süpürmək üçün o tərəf-bu tərəfə qovmur. Deməli Musa Quliyevin düşündüyündən fərqli olaraq qadını yol süpürməyə məcbur edən (birbaşa olmasa da) şəxslər doğrudan da var.

Deputat maşın vurub öldürən süpürgəçi haqda: “Məgər onu məcbur işlədirdilər?”


Bunlar Bakı şəhər İcra Hakimiyyətində, onun başdan ayağa korrupsiyalaşmış strukturu olan Mənzil-Kommunal Təsərrüfatı Departamentində oturan məmurlardır. Və küçələrdə maşınla vurulub öldürülən, süpürgəsi bir tərəfə, meyiti o biri tərəfə düşən qadınlara görə məsuliyyət daşıyanları ayrıd etmək gərək deputat Quliyev üçün xüsusi çətinlik törətməyəydi. Amma deputat deyir ki, günah ölən süpürgəçinin özündədir-küçə süpürməyəydi, ölməyəyədi! Məntiqlə belə çıxır.

Ötən gün virtualaz.org saytının əməkdaşı nədən Bakıda yolları, özü də sürət həddinin saatda 120 km müəyyən edildiyi prospekt və şosselərə hələ də süpürgəçi qadınların təmizlədiyi, şəhər təsərrüfatının xüsusi texnikasının nə işlə məşğul olduğu barədə suallara Bakı şəhər İcra Hakimiyyətindən cavab almağa çalışıb. Lakin Abutalıbovun kontorundan bu və ya bu kimi suallara verilən cavablar adətən eyni məzmunlu olur: “bilmirik”, “məlumatımız yoxdur” və ya “daha sonra zəng vurun...”

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *