Rusiyada ticarət mərkəzində dəhşətli yanğın: 40 ölü, 69 itkin » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Rusiyada ticarət mərkəzində dəhşətli yanğın: 40 ölü, 69 itkin

Rusiyada ticarət mərkəzində dəhşətli yanğın: 40 ölü, 69 itkin

Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə “İnterfaks” Rusiya FHN-in regional idarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

**

00:09

Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” adlı ticarət-əyləncə mərkəzində baş verən güclü yanğın nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

Son məlumata görə, 43 nəfər xəsarət alıb, 69 nəfərin itkin düşdüyü və onlardan 40-nın uşaqlar olduğu bildirilir.

Yanğın faktı ilə bağlı Rusiya Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi qaldırılıb. Cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin Mərkəzi aparatına verilib. Moskvadan Kemerovoya istintaq qrupu yönəldilib.

Rusiya Federasiyası prezidenti Vladimir Putinə Kemerovodakı fövqəladə hadisə ilə bağlı məruzə olunub. Onun tapşırığı ilə FHN-in başçısı Vladimir Puçkov artıq Kemerovaya uçub.

**

23:25

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın lokallaşdırılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hazırda Rusiya İstintaq Komitəsinin əməkdaşları tərəfindən yanğın zamanı 35 nəfərin itkin düşdüyü barədə məlumat yoxlanılır.

Qeyd edək ki, ticarət mərkəzində baş verən yanğın nəticəsində daha iki nəfərin meyitinin tapıldığı məlum olub. Beləliklə, ölü sayı 7-yə çatıb. 30 nəfər xəstəxanaya yerləşdirilib.

***20:52

Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” adlı ticarət-əyləncə mərkəzində baş verən güclü yanğın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Yanğın zamanı 26 nəfər xəsarət alıb, 35 nəfər isə itkin düşüb.

Yanğının hələ də tam söndürülmədiyi bildirilir.

***16:46

İndiyə olan və dəqiqləşdirilmiş son məlumata göğrə, bu gün Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın nəticəsində 3 uşaq və bir qadın ölüb.

TASS agentliyinin məlumatına görə, bunu Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko deyib.

Ölən uşaqlar və qadın yanğın zamanı ticarət mərkəzindəki uşaq əyləncə otağında olublar. S. Petrenko yanğın zamanı xəsarət alan 26 nəfərin xəstəxanalara yerləşdirildiyini də qeyd edib.

S. Petrenko ticarət mərkəzində yerləşən iki kinoteatr zalında tavanın çökdüyünü də açıqlayıb. Hazırda yanğının söndürülməsi və xilasetmə işləri davam edir.

***15:55

Bu gün Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın olub.

RİA Novosti-nin verdiyi məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 4 uşaq ölüb. Daha 12 nəfərin xəsarət aldığı bildirilir. Obyektdən 100 nəfər təxliyə olunub.

Yanğının əhatə etdiyi sahə və yanğının səbəbi dəqiqləşdirilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *