Ukraynada ermənilər azərbaycanlı biznesmeni döydü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Ukraynada ermənilər azərbaycanlı biznesmeni döydü

Ukraynada ermənilər azərbaycanlı biznesmeni döydü

Ukraynanın Luqansk vilayətinin Artemovski rayonunda ermənilər azərbaycanlı biznesmenə hücum edərək onu ölümcül döyüblər.

Əslən Ağdam rayonundan olan, 1975-ci il təvəllüdlü Salamov Mürvət Qulu oğlu martın 20-də şəxsi avtomobilində olan zaman ermənilərin hücumuna məruz qalıb.

Ukrayna vətəndaşları olan Karen və Qriqor adlı ermənilər əvvəlcə azərbaycanlı iş adamının avtomobilini yararsız hala salıblar, sonra isə özünü avtomobildən düşürərək dəyənəklə ölümcül döyüblər.

Ermənilər hadisə yerindən qaçıblar. Yerli mafiyanın üzvü olduğu bildirilən Karen və Qriqor əvvəllər M.Salamovu dəfələrlə hədələyiblərmiş.

Döyülmə nəticəsində ağır xəsarət alan azərbaycanlı biznesmen rayon xəstəxanalarının birinə yerləşdirilib, vəziyyəti ağırdır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *