AZAL-a məxsus təyyarədə insidentlə bağlı RƏSMİ AÇIQLAMA – FOTO
İstanbulun Atatürk Hava Limanına “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Boeing 767-300” təyyarəsinin enişi zamanı insident baş verib.
Oxu.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, hadisə ekipaj üzvünün təxliyyə avadanlığını səhvən açması nəticəsində olub.
İnsident nəticəsində xəsarət alan olmayıb və bütün sərnişinlər təyyarədən düşürülüb.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Oxu.Az-a açıqlamasında bildirib ki, təyyarə eniş edəndən sonra hava gəmisinin ehtiyat trapı açılıb və bağlanıb:
“Problem tez bir zamanda aradan qaldırılıb Bakı-İstanbul reysi ilə uçan təyyarə artıq Bakıdadır. Təyyarə cədvəl üzrə uçub və heç bir gecikmə qeydə alınmayıb”.
Mənbə:> Oxu.Az