Mikayıl Müşviqin ruhundan və Azərbaycan xalqından üzr istəyirəm" » AzNews.info -Xəbər portalı

Mikayıl Müşviqin ruhundan və Azərbaycan xalqından üzr istəyirəm"

Mikayıl Müşviqin ruhundan və Azərbaycan xalqından üzr istəyirəm"

Mikayıl Müşviq haqqında kobud status yazan şair Elşad Barat onu yanlış anlayardan üzr istəyib.


“Mikayıl Müşviq bizim dəyərli şairimizdir. Şeirləri zəif olsa da. Mən onun şəxsiyyəti haqqında heç vaxt heç yerdə artıq-əskik nəsə deməmişəm. Statusun da onun şəxsiyyətinə heç bir aidiyyəti yoxdur. Bir şair kimi həmkarımın yaradıcılığına münasibət bildirmişəm”.

Bu fikirləri sosial şəbəkədə Azərbaycanın böyük şairi Mikayıl Müşviq haqqında qalmaqallı status yazan şair Elşad Barat İnterpress.az-a açıqlamasında bildirib.

E.barat qeyd edib ki, əslində, həmin statusu yazmaqla böyük şairi təhqir etmək sitəməyib. O, həmçinin statusu yazmağının səbəbindən də danışıb: “Şeirlərini, kitablarını oxudum. Gördüm ki, imzası ilə yaradıcılığı arasında fərq var. Həmin statusu yazmağım səbəb də elə bu oldu. Düzdür, biraz sərt şəkildə yazmışam. Özüm də sonradan gördüm ki, kobudcasına yazmışam. Mənim Mikayıl Müşviqin şəxsiyyəti ilə heç bir problemim yoxdur. Ola bilər ki, həmin günü müəyyən qədər spirtli içki qəbul etmişdim, kobudluğa bu səbəb ola bilər. Amma içkinin o statusu yazmağıma heç bir dəxli yoxdur. Səhvim odur ki, araşdırma aparmadan sərt şəkildə yazmışam. Sadəcə, bir şair olaraq, onun yaradıcılığını yumşaq şəkildə tənqid edə bilərdim. Mən əslində, statusda Mikayıl Müşviqi təhqir etməmişəm. Çünki, statusu normal şəkildə oxuyanda başa düşülür ki, mən onun yaradıcılığını tənqid etmişəm”.

E.Barat statusda qeyd etdiyi “Qıjı” sözünə də aydınlıq gətirib. O bildirib ki, “Qıjı” sözü təhqir hesab olunmur: “Qıjı” sözünü “google”dan da axtarıb mənasına baxa bilərsiz. Bu söz normal insan düşüncəsindən aşağı deməkdir. Yəni, demək istəmişəm ki, onun yaradıcılığı normadan biraz aşağıdır. Normaldan biraz aşağı isə təhqir hesab olunmur”.

Eyni zamanda, E.Barat oxuculardan üzr istəyib: “İlk növbədə, özüm özümü qınayıram ki, sən niyə belə sərt şəkildə yazmısan? Bu statusumu sərt qəbul edib yanlış düşünən oxuculardan üzr istəyirəm. Mikayıl Müşviq haqqında kobud status yazdığıma görə də hər kəsdən üzr istəyirəm”.

“Mikayıl Müşviqin heykəlindən, onun ruhundan üzr istəməyi düşünürsünüzmü?” sualımıza E.Barat belə cavab verib: “Üzr istəmək üçün Mikayıl Müşviqin daş heykəlinin yanına getməyə ehtiyyac yoxdur. O, bizim şairimiz kimi, dəyərimiz kimi qəlbimizdədir. O, Azərbaycan poeziyasında, ədəbiyyatda dərin kök salmış bir şəxsdir. Mənim kimi adi bir gəncin Müşviq haqqında yazdığı statusu bu qədər rezonans doğurmamalıydı. M.Müşviqin ruhu bu dəqiqə başımın üzərində dayanıb deyir ki, Elşad Barat, çox sağol ki, məni yada saldın. Onun şair ruhu mənə elə gəlir ki, məndən inciməz. M.Müşviq, əgər, bu gün sağ olsaydı, sosial şəbəkələrdə ağızlarını köndələn qoyub danışanlara baxıb gülərdi. Ona görə ki, həmin adamlar ömürləri boyu M.Müşviqin 3 dənə şeirini ard-arda oxumayıblar. İndi gəlib dərs keçirlər”.

Mənbə: İnterpress.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *