Mikayıl Cabbarov: Bilik ya var, ya da yoxdur
Bu il ali məktəblərə qəbul planı 85 faizdən çox yerinə yetirilib. İlk dəfə idi ki, ali məktəblərə qəbulda elan olunmuş balların endirilməsinə getmədik.
Bu, prinsipial şəkildə verilən qərardır. Bilik səviyyəsi danışıqlar mövzusu ola bilməz. Bilik ya var, ya da yoxdur.
AzNews.info xəbər verir ki, “Report”un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazirin sözlərinə görə, şagirdlər icbari təhsildən sonra keçirilən fənləri lazımsız hesab edirlər:
“Valideynlər övladının qəbul imtahanlarında daha yaxşı nəticə əldə etməsi üçün çıxış yolunu onların 10-11-ci siniflərdə məktəbə getməməsində görürlər. Həm də şagirdlər icbari təhsildən sonra keçirilən əlavə fənləri lazımsız hesab edirlər. Düşünürəm ki, təmayyüləşmə tətbiq edilən məktəblərin sayı bu halı aradan qaldırmağa kömək edəcək”.
Mənbə:> Report.az