Məhv edilə bilməyən kompyuter virusu aşkarlandı
"Kaspersky" labaratoriyasının mütəxəssisləri çox səviyyəli hücumlar köməyi ilə kompyuterlərin marşurutizatorlarının yoluxdurmağa qadir olan "Silinşhot" adlanan virus aşkarlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilir.
Yeni virus routerləri hədəfə alıb. Beləliklə, sistem üçün təhlükəli olan informasiya anında və sürətlə bir neçə cihaza yayılır.
Xüsusi yaradılmış kopya vasitəsi ilə virus kompyuter kitabxanasını əvəz edir, yoluxmuş kompanentləri yükləyir. Sonra isə hücum prosesini kompyuterlərdə işə salır. Virusun "Canhadr" adlanan bir hissəsi komputer nüvəsinin koduna təsir göstərir ki, bu da xakerlərə cihazın yaddaşına hər səviyyədə giriş imkanı yaradır.
"GollumApp" adlanan virusun digər hissəsi istifadəçi səviyyəsini zədələyərək faylları idarəetməni öz üzrinə götürür və hər zaman ziyanverici virusun sistemdə qalmasını izəyir.
Virus proqramı nəyinki rəqəmsal halda saxlanılan istənilən informasiyaları oğurlamağa qadirdir, həmçinin özünün sistemdə qorunmasına və manəsiz fəaliyyətinə nəzarət edir. Özündən nəzərləri yayındırmaq üçün virus sərbəst şəkildə kompyuterlərin təhlükəsizliyinin yoxlanılması prosesini imitasiya edir.
Mənbə:> Musavat.com