Gürcüstanda azərbaycanlı icra başçısının qərarı narazılığa səbəb oldu
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda bir qrup sakin rayon rəhbərliyinin yeni qərarına etiraz edib.
APA-nın məlumatına əsasən, Marneuli Rayon İcra Hakimiyyətinin müvafiq qərarı rayonun mərkəzi yollarının kənarlarındakı ticarət köşklərinin sökülməsi ilə bağlıdır.
Rayon rəhbərliyindən bildirilib ki, ticarət köşkləri rayonun görünüşünə xələl gətirdiyindən söküləcək.
İcra hakimiyyətinin binası qarşısında toplanmış sakinlər bu qərara etiraz ediblər. Narazı sakinlər bu qərarın onların qazanc yerlərindən məhrum olunması və onlarla ailənin maddi durumunun ağırlaşmasına gətirib çıxaracağını bildiriblər.
Etirazçılar Marneuli rayonunun icra başçısı Temur Abazovla görüşə dəvət olunub. Hazırda görüş davam edir.
Mənbə:> APA