Dəhşətli yanğında ölənlərlə bağlı yeni xəbər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Dəhşətli yanğında ölənlərlə bağlı yeni xəbər

Dəhşətli yanğında ölənlərlə bağlı yeni xəbər


Martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın zamanı həlak olmuş 25 nəfərdən 9-nun meyiti ailələrinə təhvil verilib.

"Report" xəbər verir ki, bu, ölənlərin ailə üzvləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoiya Birliyinə gələrək meyitlərə baxış keçirdikdən sonra mümkün olub.


Nəticədə yalnız 9 nəfərə aid meyit yaxınları tərəfindən tanınıb və hüquq-mühafizə orqanlarının apardığı müvafiq ekspertiza prosedurundan sonra onların cənazəsi qohumlarına verilib.


Kimliyi bilinən 9 meyitin ad və soyadı hələ ki, açıqlanmır.


Hazırda digər 16 meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza işləri aparılır.


Martın 2-də saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.


Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.


Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.


Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.


Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.


Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.


İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *