Masallılıları təhqir edən polis işdən qovuldu – VİDEO
Nazir əmr imzalayıb
Ölkə vətəndaşını təhqir edən polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib. APA-nın verdiyi məlumata görə, bir neçə gün öncə sosial şəbəkələrdə Masallı rayonundan olan bir gəncin polis əməkdaşı tərəfindən təhqir olunmasını əks etdirən video yayılıb. Dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən xidməti yoxlama aparılıb və nəticədə fakt təsdiqini tapıb.
Bundan sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə vətəndaşı təhqir etdiyinə, polis adına yaraşmayan və bu ada xələl gətirən hərəkətlərə yol verdiyinə görə Binəqədi rayon Polis İdarəsinin əməkdaşı, polis leytenantı Rəşad Əhmədov daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Həmin videonu təqdim edirik:
Bu video yayımlanandan sonra, polis ləyaqətinə və şərəfinə xələl gətirən hərəkətlərinə görə əvvəlcə üzr istəməkdən belə imtina edən və sonda üzr istəyən bu polis işçisinin aqibəti belə də olmalı idi.
Mənbə:> APA