Avtomobilin təkərləri altında qalan Sumqayıt sakininin hər iki ayağı sınıb
Sumqayıt şəhərində maşın piyadanı vuraraq hadisə yerindən qaçıb. Hadisə şəhərin 9-cu mikrorayonu ərazisində baş verib.
Sumqayıt şəhərinin 9-cu mikrorayonunda, bina 72 a, mənzil 32-də yaşayan 1985-ci il təvəllüdlü Etiqar Vəfadar oğlu Qasımov yolu keçmək istəyərkən, qarşı tərəfdən sürətlə gələn naməlum avtomobil tərəfindən vurulub. Sürücü qəza yerindən qaçıb. Hadisə zamanı piyadanın hər iki ayağı sınıb.
Yaralı dərhal TTYX-ya çatdırılıb. Müayinə edilən şəxsin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Virtualaz.org