İsveçli proqramçılar ölən şəxslə əlaqəqurma texnologiyası hazırlayacaqlar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

İsveçli proqramçılar ölən şəxslə əlaqəqurma texnologiyası hazırlayacaqlar

İsveçli proqramçılar ölən şəxslə əlaqəqurma texnologiyası hazırlayacaqlar

İsveçli proqramçılar ölən şəxslərin elektron nüsxəsi ola biləcək robot hazırlayırlar.

Bu barədə "Dagen" jurnalı yazıb.

Mütəxəssislər əvvəlcə mərhumun yaxınlarının və tanışlarının dəfn mərasiminin təşkili ilə bağlı suallarını cavablandıra biləcək nitq proqramı hazırlamaq istəyiblər. Daha sonra proqramçılar, mərhumun səsi ilə danışan və sadə söhbətlər edə biləcək robot hazırlamaq qərarına gəliblər. Neyron şəbəkə verilən sualları tanıyacaq və ölən şəxsin həyatda ikən işlətdiyi ifadələrdən ibarət bazada ona cavab axtaracaq.

Texniki mütəxəssislər İsveçin "Feniks" dəfn bürosu şəbəkəsi ilə birgə işləyir. Şirkət rəhbəri Şarlotta Runiusun sözlərinə görə, indi büro səsləri lentə köçürüləcək və proqramla işlənib hazırlanacaq 10 könüllü şəxs axtarır. Süni intellekt, bu insanların ölümündən sonra onları təqlid edə biləcək.

Şirkətin sonrakı addımı, ölənlərin vizual nüsxəsi olacaq bir robotun hazırlanmasıdır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *