Ölkəmizin inkişafı bir şəhid övladı olaraq mənə qürur yaşadır
“Ölkəmizdə olan bütün yeniliklər həm bir gənc olaraq həmdə bir şəhid övladı olaraq mənə qürur yaşadır”
Yeni Azərbaycan Partiyasının üzvü Məlumat-Mərkəzi.az saytının baş reaktoru Arzu Bayramova AzNews.info-ya son illər Azərbaycanın uğurlarından və cənab prezident İlham Əliyevin ölkəmizin rifahı naminə gördüyü işlərdən bəhs edib:
"Hal-hazırda regionda ölkəmizin yüksəlişi dünya mətbuatındadır. Bu gün hər sahədə ölkəmizdə inkişaf var əsasəndə 2003-2018-ci illərə nəzər salsaq ölkədə əhalinin rifahı yüksəkdir . Bütün bunlara sübutsa cənab Ilham Əliyevin Azerbaycana göstərdiyi qayğının təcəssümüdür . Azərbaycan ulu öndər Heydər Əliyevin böyük imzasıdır bu imza çox mükəmməl gələcəyə İlham Əliyevlə birgə gedir.Dünyaya nəzər salsaq görərik ki, çaxnaşmaların siyasi sabitliyin səngimədiyi bir vaxtda Azərbaycan tolerantlığını dunyaya gosterir və o cümlədən müxtəlif ölkələrdən burda yaşamaq üçün gələnlərə hər müstəvidə ölkəmizdəki sabitliyinin bariz nümunəsidir.Azərbaycan bu gün tolerant ölkədir burda hər xalqın nümyəndəsi sərbəstliklə yaşayır necə deyərlər Şərqlə Qərbin kəsişdiyi bu torpaqlar bu gün dünyanın ən güclü kürsülərindən səslənir.İstə idman, istər mədəniyyət sahəsində biz artıq öz sözümüzü deyirik bir sıra ölkələrdə keçirilən hər tədbirdə qazanılan hər uğurda Azərbaycan bayrağı dalğalanır.
Ölkəmizdə keçiriləcək dünya səviyyəli layihələrdə artıq Azərbaycanın böyük gücünü göstərir.2008-ci ildən Eurovision mahnı müsabiqəsi ilə başlayıb 2017-ci ildə Formula 1 yarışlarının ölkəmizdə keçirilməsinədək hər səpgide layihələr cənab prezidentin xalqı ilə gücünün təcəssümüdür və bununla paralel olaraq dünyaya böyük qüdrətli Azərbaycanın gücünün göstərişidir. Nəzərə alsaq ki,20% torpağımız işğal altındadır lakin buna baxmayaraq Azərbaycan hər sahədə gücünü göstərir.Hal-hazırda gənclərimzdə öz biliklərini dünya arenasından çatdırır buna ən böyük örnəksə ermənilərin Xocalıda törətdiyi insanlığın üz qarasına çevrilmiş faciədir. Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya ədalət” devizi il dünyanın bir sıra ölkələri bu həqiqəti öyrənib bu həmdə biz gənclərin haqqımızı bilərək tariximizi dünyaya tanıtmağımızın qürurudur.Nəzərə alsaq ki, ermnilər durmadan cəphə bölgəsində atəşkəs pozuntuları edir hətda 2016 ci ildə ermənilərin atəşkəs rejimini pozması ilə aprelin 2 də Azərbaycan oğulları bir daha tarix yazdı və bununlada dünyaya Azərbaycan xalqı və öz ali baş komandanı ilə birgə daha güclü oluğunu göstərdi. Həmin il Azərbaycanın işğal altında olan Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Hal-Hazırda Cocuq Mərcanlıda olan sakinlər öz yurd-yuvalarına köçüblər məktəb, uşaq baxçası, digər infrastuktur layihələr qısa bir müddətdə Cocuq Mərcanlını Azərbaycanın ən gözəl güşələrindən birinə çevrildir. Bütün bunlarsa Cənab prezidentin xalqına böyük məhəbbətindən irəli gəlir o, durmadan biz gənclər və Azərbaycan üçün çalışır. Ölkəmizdə olan bütün yeniliklər həm bir gənc olaraq həmdə bir şəhid övladı olaraq mənə qürur yaşadır . Bütün bunlar ulu öndər yolundan gəlir onun böyük imzasından gəlir və bu imza Azərbaycan xalqı və onun lideri cənab Ilham Əliyevlə daha ucalacaq.
Son olaraq cənab prezident İlham Əliyevin sözləri ilə nitqimi yekunlaşdırmaq istərdim:
“Azərbaycanda müasir dövlət quruculuğu prosesi uğurla gedir. Eyni zamanda, biz milli mənəvi dəyərlərimizə də çox sadiqik, onları qoruyuruq. Azərbaycan dəyərləri bizim üçün müstəsna əhəmiyyət daşıyır.”"
Mənbə:> AzNews.info