“Təcavüzkarı otaqdan çıxardım, vurmağa başladım” - 4 yaşlı qıza təcavüz şəhəri ayağa qaldırdı
Adanada 11 fevral günü palatka toyu zamanı 20 yaşlı Sedat K. adlı təcavüzkarın evdə yatmaqda olan 4 yaşındakı qız uşağına təcavüzünün şahidi Y.Ö. hadisəni anladıb.
"Vatan" qəzetinə danışan şahid deyib ki, toydan bir gün əvvəl balaca qızı və ailəsi Adanaya gəlib:
"Bütün gün uşaqlarla oynadı. Yorulunca anasının qucağında yatdı. Biz də rahat yatsın deyə evə aparıb yatağa qoyulmasını söylədik. Axşamtərəfi qohum uşaq yanımıza gəldi, anasının qulağına nəsə dedi. Anası mənə baxıb qızının adını bağıraraq deyərkən içəriyə qaçdım. Evə girəndə təcavüzkarı gördüm..."
Vurmağa başladım
Şahid deyir, o an gözləri qaralıb: "Təcavüzkarı otaqdan çıxardım, vurmağa başladım. Bir neçə şəxs də B-yı yataqda o halda gördükdə, hücum etdilər. Bayırdan gələnlər elə bildilər ki, aramızda olan hansısa səbəblə dava edirik, ona görə də təcavüzkarı əlimizdən aldılar. O da qarışıqlıqda qaçdı. Dərhal təcili yardım çağırdıq, anası qızı ilə birlikdə xəstəxanaya aparıldı. Sedat K.-nın evinə gedib gizləndiyini öyrəndik. Millət onu linç edəcəkdi. Təcavüzə uğrayan qızın atası hər kəsin qarşısını aldı, özü təcavüzkarı polisə apardı...".
Qızın öldüyü xəbəri yalandır
O deyir ki, sosial şəbəkələrdə xəstəxandan edilən paylaşımların hamısı yalandır: "Deyilənlər kimi fiziki bir problem yoxdu. Amma psixolojik olaraq uşaq çox pisdir. Hazırda Hataya, evlərinə gediblər. Uşaq evdə anası və atasından başqasının səsini eşidəndə qorxusundan qaçıb gizlənir. Amma uşağın öldüyü yalandır. Bu xəbər ailəsini əsəbləşdirib. Qızın öldüyü xəbərlərinə görə davamlı narahat edilirlər. Kimsəylə danışacaq halda deyillər".
"Təcavüzə edam istəyirik" kampaniyası başladılıb
Son dövrlər uşaqlara qarşı edilən cinsi istismar hadisələrinə görə, sosial şəbəkələrdə "Təcavüzə edam istəyirik" kampaniyası başladılıb. 2 gün içində kampaniyaya 435 min insan imza atıb. Adanada 4 yaşındakı uşağa edilən təcavüzə görə sosial şəbəkədə #ÇocukSusarSenSusma haştağıyla yüz minlərcə paylaşım edilib.
Tək adamlıq kamerada saxlanılır
Təcavüzkar isə hazırda polisdə tək adamlıq kamerada saxlanılır. Hansı rayon polisindədir, kimsə bilmir. Təcavüzkarın ailəsi də, Adanadan başqa bir rayona aparılıb. Sedat K.-nın qardaşı uşağın ailəsinin yanına gələrək qardaşının cəza alması üçün şahidlik edəcəyini söyləyib. Ailə isə onu unutduqlarını, vəkil belə tutmayacaqlarını deyib.
Mənbə:> Milli.Az