Anası uşağına “cadugər” deyib, ölümə tərk etdi - Dünyanın danışdığı dəhşətli görüntülər – VİDEO+FOTO
Nigeriyada iki yaşlı uşaq ailəsi tərəfindən “cadugər” olduğu fikri ilə küçəyə atılıb.
ATV.az-ın xarici mətbuata istinadən xəbərinə görə, 8 ay müddətində küçələrdə yaşamaq uğrunda mübarizə aparan uşağa, ərazidəki könüllü yardım xidməti göstərən danimarkalı qadın əl uzadıb. Yardım xidməti uşağı, ac, soxulcanlar tərəfindən hər yeri gəmirilmiş və yaralı halda tapıb. Hope (Ümid) adını verdikləri uşağı danimarkalı Anja Ringgren Lav xəstəxanaya aparıb. Balaca uşaq itirdiyi gücünü toplaması, bədəninin soxulcanlardan təmizlənməsi məqsədilə xəstəxanada müalicə olunmağa başlayıb.
Anja Ringgren Lav hər gün öz oğlu ilə hər gün ziyarət etdiyi və yaxından maraqlandığı uşağın bütün xərclərini üzərinə götürüb: “O uşaq çox güclüdür. Bu olanlar sözlərlə necə ifadə ediər bilmirəm, amma bu, həyatın gözəl olduğunu göstərir”.
Mənbə:> ATV.az