13 uşaq atası: Adlarını yadda saxlaya bilmirəm » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

13 uşaq atası: Adlarını yadda saxlaya bilmirəm – VİDEO

13 uşaq atası: Adlarını yadda saxlaya bilmirəm


Bərdədə İsgəndərovlar ailəsinin 13-cü uşağı dünyaya gəlib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, hazırda evə buraxılan ana və körpənin vəziyyəti yaxşıdır. İsgəndərovlar Bərdənin Cəyirli kəndində yaşayır.

Ev sahibi Tale İsgəndərov Bərdə şəhərində şəhərarası marşrut sürücüsüdür.

“1996-cı ildə ailə qurmuşuq. Bu, bizim 18-ci uşağımızdır. 5 körpəmiz doğulmamışdan əvvəl ölüb”.

Uşaqların 7-si oğlan, 6-sı qızdır. Böyük uşağın 18 yaşı var. Sonuncu körpəyə Mehriban adını veriblər. Çəkisi 3,8 kiloqram, boyu isə 52 santimetrdir. Uşaqların atası deyir ki, günün çox saatını işdə keçirdiyi üçün uşaqların adını unudur.

“Yanımda olsalar, saya bilərəm. Qoy, cəhd edim. Yunis, Davud, Sara, Yusif, Binnət, Sənubər, Məryəm, Yəhya, Səma, Gülər, Əyyub, Raquf, Mehriban. Bizdə çox vaxt uşağın zərif səsi gəlir, onu eşitmək istəyirik. Evdə lap balaca uşaq olanda xoşlarına gəlir. Onun başqa bir ləzzəti var”.

Uşaqların çox mehriban olduğunu deyən Taleh İsgəndərov çox uşaqlı ailə olduğu üçün özünü xoşbəxt hiss etdiyini və həmişə dua etdiyini deyir.

“Dolanırıq Allahın köməyi ilə. Minnətdaram Allahıma”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *