Fazil Məmmədovun məşhur oteli əlindən alındı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Fazil Məmmədovun məşhur oteli əlindən alındı

Fazil Məmmədovun məşhur oteli əlindən alındı


Sabiq vergilər naziri Fazil Məmmədovun daha bir obyekti üzə çıxdı. Criminal.az xəbər verir ki, uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında ilk üçlükdə olmuş Fazil Məmmədovun böyük bir biznes imperiyası haqda müxtəlif məlumatlar yayılmaqdadır. Onlarda daha biri barədə Criminal.az saytına maraqlı məlumat daxil olub.
Bildirilir ki, Şabran rayonunda istifadəyə verilən "Qalaaltı Hotel Spa” kompleksi Fazil Məmmədova məxsus olub. Həmin istirahət mərkəzinin açılışında bir müddət əvvəl ölkə başçısı İlham Əliyev də iştirak edib. F.Məmmədov nazir postundan alınandan sonra həmin istirahət kompleksi də əlindən alınıb. Komplektin rəhbər heyəti yenilənib.
"Qalaaltı Hotel Spa”nın kimə verilməsi barədə müxtəlif versiyalar olsa da, dəqiq sahibi açıqlanmır.
Qeyd edək ki,Şəmkir rayonunda "Şəmkir səbəti” adlı hipermarketdən tutmuş, Sabirkənd kəndi ərazisindəki saysız-hesabsız istixanalara qədər gəlir gətirən hansı sahə varsa, ora sabiq nazirindir. Bundan başqa, "Şəmkir-Quşçuluq” MMMC, "Şəmkir Ət-süd” MMC, "Yalta Meşə Ailəvi İstirahət Mərkəzi”, Fazil Məmmədovun xaricdəki bizneslərindən biri Ukraynanın kurort şəhəri Turskovetsdə yerləşir. Olduqca lüks oteli "Mir” öz dəbdəbəsi ilə hər kəsi cəlb edir. Nazirin otelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bundan başqa Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu"11 Mirrors Design Hotel"i, siqaret, təkər zavodu və böyük bazarı var.

Mənbə: criminal.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *