Fazil Məmmədov rüzgarınının ilk laxladacağı daha bir şəxs - Mirdaməd Sadıqov » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Fazil Məmmədov rüzgarınının ilk laxladacağı daha bir şəxs - Mirdaməd Sadıqov

Fazil Məmmədov rüzgarınının ilk laxladacağı daha bir şəxs - Mirdaməd Sadıqov


Məlum olduğu kimi, dünən Prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov tutduğu vəzifədən azad edilib. Prezidentin digər sərəncamları əsasında təhsil naziri Mikayıl Cabbarov da tutduğu vəzifədən azad olunaraq vergilər naziri təyin edilib. Prezidentin imzaladığı sərəncamlar cəmiyyət üçün gözlənilməz olub. Bu səbəbdən də hökumətdə olan qəfil dəyişiliklər ətrafında qızğın diskusiyalar aparılmaqdadır. Xüsusilə də Fazil Məmmədovun gələcək taleyinin necə olacağı haqda çeşidli versiyalar irəli sürülür. Qeyd edək ki, ölkənin ən strateji qurumlarından birinə rəhbərlik edən Fazil Məmmədov nazir olmaqla yanaşı, həm də hakimiyyət daxilində söz sahiblərindən birinə çevrilməyi bacarmışdı. Əslən Şəmkir rayonundan olan Fazil Məmmədovun qeyri -formal olaraq həmin bölgəni nəzarətdə saxladığı da heç kimə sirr deyildi. Fazil Məmmədov vəzifədə olduğu dönəmdə həm də özünə yaxın olan adamlardan klan formalaşdırmağı da bacarıb. Onun qeyri -rəsmi olsa da, böyük biznes imperiyasına sahibliyi haqda indiyə qədər KİV-lərdə çoxsaylı materallar dərc olunub. Hazırda Fazil Məmmədovun dəstəyilə deputat, icra başçısı olanların da sayı az deyil. Böyük etimal ki, Fazil Məmmədov erasının bitməsi həmin şəxslər üçün də təsirsiz ötüşməyəcək. İlkin qənaətlərə görə, Fazil Məmmədov rüzgarının daha tez yerindən laxladacağı şəxslər: Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərov , İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Şəmkirin icra başçısı Alimpaşa Məmmədov da olacaq. Bu üç şəxsin Fazil Məmmədova daha yaxın olduğu söylənilir. Belə ki Mirdaməd Sadıqov Bakı Maliyyə-Kredit Texnikumunun direktoru (Azərbaycan Maliyyə-İqtisad Kolleci) olduğu müddətdə, Fazil Məmmədov adı çəkilən kollecin müəllimi olub.Fazil Məmmədon Vergilər Naziri olduğu zaman isə Mirdaməd Sadıqov Nəsimi Rayon Vergilər İdarəsinin rəisi , Vergilər Nazirliyi vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzinin baş idarə rəisi vəzifəsində çalışıb.

Mənbə: mediatv.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *