Moskvada təhlükəli vəziyyət yarandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Moskvada təhlükəli vəziyyət yarandı

Moskvada təhlükəli vəziyyət yarandı

Rusiya paytaxtının meri Sergey Sobyanin “Twitter” səhifəsində Moskvada güclü qar və küləyin bir nəfərin həlak olması ilə nəticələndiyini yazıb.

Moskva ətrafında ağacın aşması bir nəfərin həyatına son qoyub. Kəskin hava şəraiti nəticəsində daha 5 nəfər xəsarət alıb. Moskva meri küçədə ağacların və elektrik xətlərinin altından keçməməyi məsləhət görüb.

AzərTAc xəbər verir ki, hazırda Moskvada qasırğa xəbərdarlığı elan olunub, qarın güclənəcəyi, küləyin sürətinin saniyədə 15-20 metrə çatacağı gözlənilir.

Virtualaz.org-un əldə etdiyi son məlumata görə, Moskva aeroportlarında 109 aviareys təxirə salınıb, 28 aviareys ləğv edilib.

Mənbə: AzerTac
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *