Rusiyada qızıl tapan şəxsə iş kəsildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Rusiyada qızıl tapan şəxsə iş kəsildi

Rusiyada qızıl tapan şəxsə iş kəsildi


Rusiyanın Zabaykalski diyarında Azərbaycan vətəndaşı qanunsuz olaraq külli miqdarda qiymətli metal saxladığına görə mühakimə olunub.

Müttəhim Kalar rayonuna iş tapmaq məqsədilə gəlib. Kuanda qəsəbəsi ərazisində içində şlix konsentrantlı mədəndən çıxarılmış qiymətli metalların – qızıl və gümüşün olduğu polimer paket aşkarlayıb. Müvafiq icazəsi olmadan o, üç milyon rubl dəyərində olan qiymətli metalları özündə saxlayıb.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Zabaykalski diyarının məhkəmə departamentinin mətbuat xidməti məlumat yayıb.

Həmin şəxsə qarşı cinayət işinə xüsusi qaydada baxılıb. Məhkəmə iclasında müttəhim irəli sürülmüş ittihamla tam razılaşaraq, təqsirli olduğunu və peşmançılıq keçirdiyini bildirib. Kalar rayon məhkəməsi onu təqsirli bilib.

Kimliyi açıqlanmayan Azərbaycan vətəndaşı iki il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. İki illik sınaq müddəti təyin olunub. Məhkəmə qərarının hələlik qanuni qüvvəyə minmədiyi bildirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *