Rusiyada azərbaycanlı rüşvət verdiyi üçün azadlıqdan məhrum edildi
Rusiyanın Pskov vilayətinin Palkino rayon məhkəməsi Azərbaycan vətəndaşını YPX əməkdaşına rüşvət verməkdə təqsirli bilib.
O, polisə rüşvət verərək nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinə dair icbari sığortanın olmaması üçün cəzadan yayınmaq istəyirdi.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2015-ci ilin iyunun 16-da müttəhim, Palkino rayonunun Vasilyevo kəndində yerləşən mağaza yaxınlığında yol polisinin avtomobilinin salonunda olarkən Yol patrul xidmətinin inspektoruna 500 rubl (11 manat) məbləğində rüşvət təklif edib.
Məhkəmə ona cəzasını ümumi rejimli koloniyada çəkməklə 4 ay müddətinə azadlıqdan məhrum edib və 25 min rubl (570 manat) məbləğində cərimə edib.
Şikayət etmək üçün müttəhimin 10 gün vaxtı var.
Mənbə:> Oxu.Az