Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN – İNANILMAZ TƏKLİF

Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN


Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanının nəticələri açıqlanıb. Qəbul və buraxılış imtahanlarından sonra ən yüksək sayda iştirakçı qeydə alınan imtahanda nəticələr isə çox aşağı olub.

Belə ki, imtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçib. 93 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Üstəlik Vəkillər Kollegiyasının sədri Anar Bağırov imtahan öncəsi açıqlamasında bu il düşəcək sualların əvvəlki illərlə müqayisədə daha asan olacağını bildirmişdi. Onun sözlərinə görə, sualların 60 faizə qədər olan hissəsini asan suallar təşkil edəcəkdi. Suallar asan olsa da, nəticə uğurlu olmadı.

Üstəlik, ölkədə vəkillərinin sayının qısa müddətdə artırılmasına maraq var. Çünki ötən ilin dekabr ayında "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunda edilən dəyişiklikdən sonra nümayəndəlik institutu ləğv edildi. Baxmayaraq ki, ölkədə vəkillərin sayı 1000 nəfərdən azdır, əksəriyyəti paytaxtda fəaliyyət göstərir. Regionlarda fəaliyyət göstərən vəkillərin sayı 300-ə çatmır. Yəni, ölkədə vəkillərin sayı qısa zamanda artmalıdır. Amma nəticələr göstərir ki, boşluğun doldurulması üçün vaxt lazımdır.

Vəkillərin işə qəbul imtahanının nəticələrini Publika.az-a şərh edən təhsil ekpserti Kamran Əsədov bildirib ki, imtahanın nəticələri iştirakçıların hazırlıq səviyyəsinin çox aşağı olmasından xəbər verir.

“Dövlət İmtahan Mərkəzi imtahanın modelləri, mövzularla bağlı məlumat verir. İmtahan mövzuları ayrıca kitabça şəklində çap olunur. Düzdür, insanların ixtisas imtahanlarının istiqaməti barədə əvvəlcədən məlumatlandırılması dünya təcrübəsində yoxdur. Çünki bu şəxslər dövlətin diplomlu potensial kadrlarıdır. Dövlət qulluğuna qəbul - I-IV kateqoriya işə qəbulda təyinat, digər kateqoriyalara isə imtahanla həyata keçirirlir. Bəlkə də bu gün müsabiqənin şərtini ödəməyən 1266 nəfərdən biri birbaşa vəzifəyə təyin edilə bilər. Halbuki, onlar ixtisasları üzrə minimum kompitensiyalara malik deyil”.

K.Əsədovun hesab edir ki, uğursuz nəticə göstərənlərin diplomları ləğv edilməlidir: “Bu gün ölkədə 5 ali məktəb hüquq təhsili verir, bu fakültəyə ildə qəbul sayı 500-ü keçmir. Bakı Dövlət Universitetində hüquq fakültəsinə qəbul ötən il 630 bal oldu, Naxçıvan Dövlət Universitetinə qəbul balı isə 490 olub. Bu o deməkdir ki, həmin şəxslər qəbul imtahanında tələbi kifayət qədər ödəyiblər. Amma 4 ildən sonra əmək bazarının tələblərinə cavab verirlərmi? 607 nəfər imtahandan keçib, 1266 nəfər isə minimum balı toplamayıb. Demək imtahandan keçməyənlər keçənlərdən 2 dəfə çoxdur. Bizim universitetlərimiz əmək bazarının tələblərinə uyğun kadr hazırlamır. Təəssüf ki, qəbul olmayanlar arasında yüksək bal toplayıb hüquq fakültəsinə qəbul olan, nə bilim prezident təqaüdü alan, hətta fərqlənmə diplomu ilə universiteti bitirənlər də var. Üstəlik, hüquq fakültəsinin keçid balı bütün digər ixtisaslardan yüksəkdir. Bu vaxta qədər 30 faiz nəticə göstərilən imtahan olmamışdı. Bu şəxslər bizim hüquqlarımızı necə qoruyacaq? Çünki həmin şəxslərdən riyaziyyat, fizika soruşulmur, təhsil aldıqları ixtisas və işləyəcəkləri sahədən suallar verilir. Bu şəxslərin bir çoxu bu vaxta qədər nümayəndə kimi məhkəmələrlə işləyiblər. Dövlət İmtahan Mərkəzinin sualları ilə tanış olmuşam, olduqca asan idi, amma 1800 nəfərdən 1-i maksimum balı toplaya bilib. 60 bal toplaya bilməyən şəxslərin diplomları ləğv edilməlidir ki, onlar heç bir xidmət göstərə bilməsinlər. Çünki bu insanlar ali məktəbdə mükəmməl təhsil almasalar belə, onlara imtahan suallarının istiqaməti əvvəldən təqdim edilib. Onlar hansı cəsarətlə imtahana bu cür hazırlıqsız gəliblər?”.

Ekspert hesab edir ki, test imtahanı nəticələri bilik göstəricisi deyil.

“Ali məktəblərə qəbul təkcə test imtahanı ilə məhdudlaşmamalıdır. Ali təhsil müəssisələrini əmək bazarının tələblərinə uyğun, minimum biliklərə malik kadr hazırlığı həyata keçirmir”.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *