Anar Bağırov: İmtahan verənlərin ən yaşlısı 77 yaşındadır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Anar Bağırov: İmtahan verənlərin ən yaşlısı 77 yaşındadır

Anar Bağırov: İmtahan verənlərin ən yaşlısı 77 yaşındadır


Bu gün 2000-ə yaxın vəkilliyə namizədin iştirakı ilə keçirilən imtahan Prezident İlham Əliyevin vəkillərin sayının artırılaraq zəruri həddə çatdırılması barədə tövsiyəsi rəhbər tutularaq, DİM və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

“İmtahanlarda hər biri bir balla qiymətləndirilən 100 test sualından 60 mümkün suala cavab vermiş şəxslər imtahanın növbəti - şifahi mərhələsinə keçə biləcəklər. İmtahanın nəticələri bu gün məlum olacaq. Namizədlər www.barassociation.az saytına daxil olmaqla məlumatla tanış ola bilərlər”, - deyə o bildirib.

A. Bağırov qeyd edib ki, 2000-ə yaxın sənəd verən şəxslərdən ən yaşlısı 77 yaşında, ən gənci isə 22 yaşındadır. O cümlədən, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 63,4%, Respublikanın digər rayonları üzrə isə 36,6%-dir.

“Bizim istəyimiz regionlarda daha çox vəkillərin olması, insanlara hüquqi yardım göstərməsidir. Çünki paytaxtda rəqabət daha güclüdür, regionlarda isə qıtlıq yaşanır. Ancaq bizim vəkilləri hansısa regiona təyin etmək hüququmuz yoxdur”.

Vəkillər Kollegiyasının sədri bildirib ki, yazılı test mərhələsində məntiqə dair suallar yer almayıb:

“Budəfəki proses qəbul prosesində bir çox yeniliklər var. Belə ki, daha çox namizədim test mərhələsindən keçməsinin asanlaşdırılması məqsədilə yazılı test imtahanı mərhələsində məntiqə dair suallar yer almayıb.

Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin müvafiq rəyinə əsasən, son 3 il ərzində fərdi sahibkar qismində vergi uçotuna duraraq hüquqi xidmətlər göstərən hüquqşünasların işlədiyi həmin dövrün əmək stajı kimi hesablanması və bunun nəticəsində vəkilliyə qəbul üzrə sənədlərin Qəbul Komissiyasına verə bilmələri qərara alınıb”.

Qeyd edək ki, DİM ilə əldə olunmuş ilkin razılığa əsasən, gələcək aylarda vəkilliyə qəbulun bərpa olunaraq müntəzəm əsaslarla keçirilməsi planlaşdırılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *