Azərbaycanda yol polisilə vətəndaşın əlbəyaxa davası
Daha bir polis-vətəndaş qarşıdurmasını əks etdirən video yayılıb.
ANS PRESS-in məlumatına görə, video ANS TV-nin "Şəbəkə" verilişinin Facebook səhifəsində yayılıb.
Videonun bölgələrdən birində çəkildiyi bildirilir.
Kadrlardan aydın olur ki, Yol Polis Xidməti əməkdaşı bir gənci fiziki güc tətbiq edərək maşına oturtmağa çalışır. Lakin yol polisi buna nail ola bilmir.
Gənc yol polisinə müqavimət göstərir.
Hadisənin detalları barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, yol polisi sürücü müqavimət göstərəndə, hadisə yerinə post patrul xidmətinin əməkdaşları cəlb olunmalıdır.
Mənbə:> ANSPRESS