"Palmali"nin gəmi yalanı üzə çıxdı — Kalundborq limanından açıqlama
"PAL SHIPPING TRADER THREE" şirkətinin mülkiyyətində olan "Ağsu" tankerinin Danimarkanın Kalundborg limanında müfəttişlər tərəfindən saxlanılması barədə xəbəri Azərbaycan mətbuatında geniş yar aldı.
Daha sonra şirkət rəsmiləri bu xəbəri yayan "Dəniz Xəbər Agentliyi"ni yalan informasiya yaymaqda ittiham etdi.
Hətta Azərbaycan mətbuatına açıqlama verən "Palmali" Şirkətlər Qrupunun rəsmiləri "Dəniz Xəbər Agentliyi"ni onlar barədə sifarişli xəbər yazmaqda və agentliyin səhmlərinin 50 faizinin azərbaycanl iş adamına 5 milyon dollara satıldığını iddia etdiər.
"Palmali"nin gəmisi Danimarkada 16 gün həbsdə qaldı
19 Yanvarda "Dəniz Xəbər Agentliyi" "PAL SHIPPING TRADER THREE" şirkətinin mülkiyyətində olan "Ağsu" tankeri Danimarkanın Kalundborq limanında saxlanıldı" başlığı ilə yaydığı xəbərdə bildirilirdi ki, 2008-ci il istehsalı olan "Ağsu" tankeri danimarkalı müffətişlər tərəfindən Paris Memorandumu (Paris MoU) çərçivəsində yoxlamalar başlanıb və nəzarət altına verilib. Nəticədə "Ağsu" tankerinin səfərə çıxmasına qadağa qoyulduğu və həbs qoyulması barəsində sənəd tərtib edildiyi vurğulanıb.
Bu xəbərin Azərbaycan mediasında geniş yayılmasından sonra "Palmali" Rostov şirkətinin rəhbərliyi gəminin Rusiya bayrağı altında üzdüyünə görə qəsdən yoxlanıldığını bildirdi.
Şirkətin bu açıqlamasından sonra "Dəniz Xəbər Agentliyi" Danimarkanın Kalundborq limanının müfəttişlərinə sorğu göndərib.
Sorğuda "Ağsu" tankerinin Rusiya bayrağı altında üzdüyünə görə həbs edilməsi məsələsinə aydınlıq gətirilməsi xahiş olunub.
"Statoil Kalundborq" limanından Dəniz Xəbər Agentliyi"nin sorğusuna cavab məktubu göndərilib. Məktubda deyilir:
"Ağsu" tankerinin Rusiya bayrağı altında üzdüyünə görə həbs edilməsi ilə bağlı səslənən iddialar əsassızdır. Tanker aşkar edilən texniki nasazlığa görə saxlanılıb. Gəmi heyəti tərəfindən bu nasazlıqlar gec aradan qaldırıldığına görə, 16 gün müddətinə limandan səfərə çıxmasına icazə verilməyib".
"Ağsu" tankeri 3 ay əvvəl Latviyada da həbs olunubmuş
"Palmali" Şirkətləq Qrupuna aid "PAL SHIPPING TRADER THREE" şirkətinə məxsus "Ağsu" tankeri Paris Memorandumu (Paris MoU) çərçivəsində 28 Oktyabr - 5 Noyabr 2017-ci il tarixləri arasında Riqa limanında yoxlanılıb və gəminin 8 gün səfərə çıxmasına icazə veilməyib.
Son bir ildə "Palmali" şirkətinə məxsus 6 gəmi 7 dəfə səfərdən saxlanılıb
"Dəniz Xəbər Agentliyi"nin araşdırmaları nəticəsində məlmb olub ki, son bir ildə "Palmali" şirkətinə məxsus 6 gəmi 7 dəfə səfərdən saxlanılıb.
Paris Memorandumu (Paris MoU) çərçivəsində Avropa limanlarına səfər edən "Palmalı" Dənizçilik Şirkətinə məxsus 5 gəmi yoxlamalar çərçivəsində 6 dəfə həbs olunub.
Bundan başqa "Palmali Voyager" adlı gəmi Ağdəniz Memorandumu çərçivəsində Misirdə səfərinə icazə veriməyib.
Mənbə:> Ölkə.Az