“Palmali Dənizçiliy”in sabiq baş direktoru Alaattin Aykaç haqqında ağır ittiham
“Palmali Dənizçiliy”in baş direktoru vəzifəsində 8 il çalışan və 8 ay bundan öncə vəzifəsindən kənarlaşdırılan Türkiyə Futbol Federasiyasının xarici əlaqələr üzrə İdarə Heyətinin üzvü Alaattin Aykaçın “Palmali Dənizçiliy”ə aid əmlakı geri qaytarmadığı ortaya çıxıb.
Oxu.Az “Deniz Haber” agentliyinə istinadən xəbər verir ki, “Palmali” Şirkətlər Qurupuna aid olan Palmali Dənizçiliyi şirkətinin sabiq baş direktoru Alaattin Aykaçın adında olan malların şirkətə qaytarmaması və məsuliyyətsizliyinə görə Palmali Dənizçilik Qrupunun İdarə Heyətinin sədri Mübariz Mənsimov Qurbanoğlu tərəfindən 8 ay öncə vəzifəsindən kənarlaşdırılıb.
İddia olunur ki, Alaattin Aykaç direktor olduğu dövrdə Palmali Dənizçilik adından iştirak etdiyi tenderlərdə şirkətə zərər verəcək addımlar atıb, bunun nəticəsində tenderlər rəqib şirkətlərin xeyrinə sona çatıb.
“Dəniz Haber” Agentliyinin Palmalidə olan mənbələrdən aldığı məlumata görə, Palmali Dənizçilikdə 23 il işləyən, son 8 il isə baş direktor olan, Türkiyə Futbol Federasiyasının xarici əlaqələr üzrə İdarə Heyətinin üzvü Alaattin Aykaç haqqında şirkətə vurduğu maddi zərərə, şirkətə məxsus malların geri qaytarmaması və maddi borclarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Palmali Dənizçilik Şirkətlər Qrupu haqqında
Məşhur “Clarkson” nəşri dünyanın 3500 dənizçilik şirkəti arasında apardığı araşdırmanın nəticələrinə görə, Mübariz Mənsimov Qurbanoğlunun İdarə Heyətinin sədri olduğu Palmali Dənizçilik Şirkətlər Qrupu 150 gəmi ilə dünyanın 7-ci ən böyük gəmiçilik şirkəti olub.
İlk dəfə türk gəmiçilik şirkətinin dünyanın ilk 10 gəmiçilik şirkətləri sırasına daxil olmasını qeyd edən ekspertlər, Palmali Dənizçilik Şirkətlər Qrupunun Türkiyədə 3 milyard 500 milyon dollar məbləğində sərmayə yatırdığı bildirilir.
Mənbə:> Oxu.az