Bakıda yeni dayanacaqlar salınacaq
Paxtaxda taksi dayanacaqlarının sayı artırılacaq.
Bunu Anspress-ə açıqlamasında Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin Tekniki şöbəsinin rəis müavini Azər Heydərov deyib
Qurum rəsmisi bu istiqamətdə işlərin aparıldığını və adiyatı qurumlarla danışıqlara getdiklərini bildirir.
Bundan başqa rəis müavini bildirir ki, ümumilikdə paxtaxta 79 taksi dayanacağı var və onlar pasportlaşıb: “23 taksi dayanacağı isə pasportlaşmaya gedib. Taksilik fəaliyyəti ilə məşğul olan hər bir sürücü bu dayanacaqdan istifadə edə bilər. Bilirsiz ki, Bakıda yenidənqurma işləri aparılır. İnfastrukturda dəyişikliyi olur. Buna görə də biz elə yerlər seçməliyik ki, bu nəqliyyatın hərəkətinə, ictimai asayişin pozulması ilə nəticələnməsin. Təbii ki, Bakı kimi bir şəhər üçün 79 taksi dayanacaqlarının sayı azdır. Hardasa 500 taksi dayanacağının salınması kifayətdir ki, taksilik fəaliyyəti ilə məşğul olanlar gəlib burada dayana biləcəklər. Qısa zamanda bu problem həll olunacaq. Amma elə həll etməliyik ki, probelm üstünə problem gəlməsin”,
Qanunsuz yerlərdə taksi saxlayanlardan danışan Azər Heydərov bildirir ki, bununla bağlı bizim cəza səlahiyyətimiz yoxdur:
“Biz maarrifləndirmə tədbirlərini aprırıq. Əgər ərazidə dayanmaq üçün qadağa nişanı varsa və sürücü orda saxlayırsa buna müdaxiləni Dövlət Yol Polisi əməkdaşları etməlidir”.
Mənbə:> ANSPRESS