"Taksi"nin ulduzu həbsə düşdü
"Taksi" filminin qalmaqallı ulduzu yenə gündəmə gəlib. ANS PRESS-in məlumatına görə, aktyor bu dəfə rəfiqəsi ilə dalaşıb.
Sami Neserinin polislə başı yenə dərdə girib. "Taksi" filmi ilə məşhurlaşan aktyor polis idarəsinə düşüb. Keçmis sevgilisi ilə davaya çıxan aktyor həbsxanaya yerləşdirilib.
Fransız aktyor gərgin əsəbləri ilə ilə seçilir və qanunla bağlı dəfələrlə problemi yaranıb. O, təhqir, adam döymə, sərxoş vəziyyətdə maşın idarə etmə, sürət həddini keçməyə görə dəfələrlə polisə düşüb.
2011-ci ildə o Kann festivalında arxasını açaraq qalmaqala sbəb olmuşdu.
Mənbə:> ANSPRESS