Qazaxıstan vətəndaşı uşaqlarını Azərbaycana buraxan aviaşirkəti və sərhəd xidmətini məhkəməyə verib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Qazaxıstan vətəndaşı uşaqlarını Azərbaycana buraxan aviaşirkəti və sərhəd xidmətini məhkəməyə verib

Qazaxıstan vətəndaşı uşaqlarını Azərbaycana buraxan aviaşirkəti və sərhəd xidmətini məhkəməyə verib

Qazaxıstan vətəndaşı uşaqlarını Azərbaycana buraxdığına görə aviaşirkəti və Qazaxıstan Sərhəd Xidmətini məhkəməyə verib. Virtualaz.org xəbər verir ki, bu barədə yerli “Tengrinews” saytı məlumat yayıb.

Hadisə ötən il iyulun 16-da baş verib. Almatının Turksib rayon məhkəməsində işə baxılıb və məlum olub ki, iddiaçının azərbaycanlı keçmiş həyat yoldaşı öz azyaşlı uşaqları ilə birlikdə sərhəd yoxlanışından və reysin qeydiyyatından keçib. Sonra sərhəd xidmətinin əməkdaşları qadını ölkə sərhədindən kənara çıxmağa icazəsi olmadığına görə geri qaytarıblar. Amma uşaqlar babaları ilə birlikdə Azərbaycana gediblər.

Qazaxıstanlı ata aviaşirkət əməkdaşlarının və sərhədçilərin hərəkətlərinin qanunsuz olduğunu iddia edir. İddiaçının sözlərinə görə, ötən ilin may ayında Almatı məhkəməsi onun həyat yoldaşının və iki azyaşlı uşağının ölkə xaricinə çıxmasının məhdudlaşdırılmasına dair qərar qəbul edib.

Sərhəd xidmətindən isə bildirilib ki, uşaqlar babalarının müşayiəti ilə təyyarəyə miniblər və bu zaman onlar üçün etibarnaməyə ehtiyac olmayıb: “Həqiqətən də, 2017-ci il may ayının 16-da Almatı-Bakı reysinə iki uşaqlı qadın və baba bilet alıb. Qadının 2018-ci il fevral ayının 2-ə qədər ölkədən çıxmaq icazəsi olmayıb. Amma uşaqlarla bağlı bazada hər hansı məhdudiyyət olmayıb”, - deyə qeyd olunub.

Aviaşirkətin nümayəndəsi isə qaldırılan iddialarının öyrənilməsi üçün əlavə vaxt verilməsini xahiş edib. Buna görə məhkəmə bir neçə günlük təxirə salınıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *