Azərbaycanda bu şəxslər üçün bütün dövlət qurumlarında iş yeri kvotası yaradılır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda bu şəxslər üçün bütün dövlət qurumlarında iş yeri kvotası yaradılır

Azərbaycanda bu şəxslər üçün bütün dövlət qurumlarında iş yeri kvotası yaradılır


Azərbaycanda əlillər üçün idarə, təşkilat və müəssisələrdə icbari olaraq kvota yaradılması təklif olunur.

APA-nın məlumatına görə, yeni hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin 22-ci (Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi) maddəsində qeyd olunur ki, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlarda kvota müəyyən edilir.
Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göstərişi ilə işə qəbul edilirlər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyır.

Qanun layihəsi Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin yanvarın 25-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *