İşəgötürənlərin nəzərinə: Cərimələr 40 dəfə artır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

İşəgötürənlərin nəzərinə: Cərimələr 40 dəfə artır

İşəgötürənlərin nəzərinə: Cərimələr 40 dəfə artır


Azərbaycanda əlilləri və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək şəxsləri kvota üzrə işə götürməyənlər 2000 manata qədər cərimələnəcəklər.

AzNews.info xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi layihəsinə daxil edilib.

Yeni layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə dövlət büdcəsinə vəsait köçürülməməsinə görə 1000 manatdan 2000 manata kimi cərimə tətbiq ediləcək. Hazırda isə bu cərimənin məbləği 50 manatdan 90 manatadəkdir.

Qeyd edək ki, bu tələblərin gələn il mayın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *