Səhiyyədə yenilik: Ürək əməliyyatı dövlət hesabına aparılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Səhiyyədə yenilik: Ürək əməliyyatı dövlət hesabına aparılacaq

Səhiyyədə yenilik: Ürək əməliyyatı dövlət hesabına aparılacaq


Ürək qüsuru olan uşaqların əməliyyat olunması üçün dövlət büdcəsindən ilk dəfə olaraq ayrıca vəsait ayrılıb.

Xəzər TV xəbər verir ki, eşitmə və ürək qüsurlu uşaqlar üçün nəzərdə tutulan 4 milyon manat vəsait bu xəstəlikdən əziyyət çəkən çoxlu sayda uşağın əməliyyat xərclərinə yönləndiriləcək.

Kardioloq Anar Əmrah bildirir ki, Azərbaycanda doğulan hər 1000 uşaqdan 8-i ürək qüsuru ilə dünyaya gəlir. Ən acınacaqlı məqam isə budur ki, valideynlər bəzən uşaqların xəstə olmasından çox gec xəbər tuturlar. Bu isə hətta onların əməliyyat edilmə şansını da əllərindən alaraq həyatı bahasına başa gəlir.

Mütəxəssisin sözlərinə görə, ürək qüsurları özünü bəzi əlamətləri ilə göstərir. Belə halları müşahidə edən valideynlər sonradan peşmançılıq yaşamamaq üçün dərhal həkimə müraciət etməlidir.

Həkimin sözlərinə görə, ailələr uşaq dünyaya gəlməzdən öncə mütləq müayinələrdən keçməli və qarşılaşa biləcəkləri problemləri öncədən öyrənməlidirlər. Sonradan yarana biləcək ürək qüsurlarından yaxa qurtarmaq üçün uşaqlar kiçik yaşlardan sağlam qidalandırılmalı, şəkərli qidalardan uzaq tutulmalı və idmana yönəldilməlidir.

Onu da qeyd edək ki, ürək qüsurlu uşaqların müalicəsi üçün 2 milyon manat vəsaitin yönləndirilməsi nəzərdə tutulur. Hazırda ürək əməliyyatlarının orta qiyməti 6 min manat hesab olunarsa, bu vəsaitlə 330-dan çox uşağı əməliyyat edərək həyata qayratmaq mümkün olacaq.

Mənbə: Xezerxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *