Alimlər üçölçülü süni ürək yaradıblar » AzNews.info -Xəbər portalı

Alimlər üçölçülü süni ürək yaradıblar

Alimlər üçölçülü süni ürək yaradıblar


İngiltərənin York Universitetinin alimləri üç müxtəlif tip ürək hüceyrəsini birləşdirməklə süni ürək toxuması hazırlayıblar.

AzNews.info AzərTAc-a istinadla xəbər verir ki, “Viaglue” adlanan bu toxuma sıxılan ürək-əzələ, bağlayıcı toxuma və damar hüceyrələrindən ibarətdir. Bu hüceyrələr yapışqan material vasitəsilə birləşdirilib. “Viaglue”yə elektrik şoku tətbiq olunan zaman hüceyrələr nəbz kimi vurmağa başlayır.

Əvvəllər yaradılmış iki və ya üçölçülü süni ürək toxumalarına elektrik şoku verilən zaman döyüntülər fasilələrlə müşahidə olunub.

York Universitetinin professoru Muhammed Yusuf diqqətə çatdırıb ki, “Viaglue” dərman testləri ilə yanaşı, ürək xəstəliklərinin araşdırılması və ürək köçürülməsi üçün faydalı olacaq.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *