Azərbaycanda “Dünya Ürək Günü” qeyd ediləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Azərbaycanda “Dünya Ürək Günü” qeyd ediləcək – FOTO

Azərbaycanda “Dünya Ürək Günü” qeyd ediləcək

Sentyabrın 29-u bütün dünyada “Dünya Ürək Günü” kimi qeyd ediləcək.

Oxu.Az-a daxil olan məlumata görə, bu günlə əlaqədar olaraq Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti 29 sentyabrda “Park Bulvar”, 30 sentyabrda “Metropark” AVM-də “Sağlam Ürək Həftəsi” çərçivəsində aksiyalar keçiriləcək.

Aksiyalar zamanı “Dünya Ürək Günü”nün mahiyyəti, ürək sağlamlığının qorunması üçün vasib olan amillər barədə ictimaiyyətə məlumat veriləcək, alış-veriş mərkəzlərində insanların ilkin tibbi müayinəsi, qanda şəkərin və xolesterolun miqdarı ölçüləcək, ürək sağlamlığının qorunması üçün tam ödənişsiz həkim məsləhətləri veriləcək.

Oktyabrın 1-də isə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Səhiyyə Nazirliyi ilə birgə “Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans təşkil edəcək.

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Kamran Musayev bildirdi ki, konfransda ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssisləri iştirak edə biləcək.

“Konfransda qardaş Türkiyədən dəvət etdiyimiz professor heyəti də iştirak edəcək. Kardiologiyanın və kardiocərrahiyyənin ən aktual məsələlərini yerli və qonaq kolleqalarımızla müzakirə edəcəyik.

Bu sahədə ən yeni trendlərin müzakirəsinin konfransda iştirak edəcək həm paytaxt Bakıda, həm də regionlarda fəaliyyət göstərən həkim kolleqalarımıza faydalı olacağını düşünürəm”.

Ürək sağlamlığının qorunmasında ilk növbədə insanların özlərinin məsuliyyət daşıdığını bildirən Kamran Musayev onları aktiv həyat sürməyə səslədi:

“Sağlam ürək sağlam həyat deməkdir. Sağlam həyat yaşamaq istəyiriksə, ilk növbədə, ürəyimizin sağlamlığının qeydinə qalmalıyıq. Bunun üçün isə aktiv həyat tərzində yaşamaq, sağlam qidalanmaq və idmanla məşğul olmaq vacibdir”.

Azərbaycanda “Dünya Ürək Günü” qeyd ediləcək
Azərbaycanda “Dünya Ürək Günü” qeyd ediləcək

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *