Əbülfəs Qarayevin qızı “Qazprom”un sərgisinin kuratorudur – FOTO
Yanvarın 20-də İtaliyanın Bolonya şəhərində “Fikrini dəyişmək normaldır!” (It’s OK to change your mind!) sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, sərginin kuratorları Lorenso Balbi və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevadır.
“Keçirilməsi ilə Lorenso Balbinin və azərbaycanlı elmi işçi Suad Qarayeva-Malekinin məşğul olduqları “It’s OK to change your mind!” sərgisi “İyirmi bir rus baxışı” devizi altında baş tutacaq. Sərgidə “Qazprombank”ın kolleksiyasından 21 rus rəssam və fotoqrafının əsərləri nümayiş olunur”, - İtaliyada dərc olunan “Koryere di Bolonya” qəzeti yazır.
Qeyd edək ki, sərgi martın 18-nə kimi davam edəcək.
Mənbə:> Virtualaz.org