Əbülfəs Qarayev İlhamə Quliyevanı şəhid adlandırdı
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin Xalq artisti İlhamə Quliyevanın vida mərasimindəki çıxışı zamanı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.
Nazir bu gün Xocalı faciəsinin ildönümü olduğunu xatırladıb: “Bu gün həm də Xocalı faciəsinin ildönümüdür. İlhamə Quliyevanın dəfn olunduğu gün şəhidlərimizin də anım gününə təsadüf edib. O şəhidlərin sırasına sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar. Çünki İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan bir sənətkar idi”.
Mənbə:> Avrasiya.net