Jurnalist Nicat Məlikov dünyasını dəyişib
Azərbaycanın tanınmış jurnalistlərindən olan 39 yaşlı Nicat Məlikov dünyasını dəyişib.
Virtualaz.org xəbər verir ki, Nicat Məlikov "Zerkalo" qəzetində şöbə müdiri vəzifəsində çalışıb. O, üç övlad atası idi.
Dostlarının sosial şəbəkələrdə verdikləri məlumata görə, Nicat Məlikov küçədə yıxılaraq huşunu itirib və keçinib.
Mənbə:> Virtualaz.org