Azərbaycanlı jurnalist futbol oynayarkən dünyasını dəyişib
“Lider” TV-nin əməkdaşı İlqar Qulusoy vəfat edib.
AzNews.info Report-a istinadən xəbər verir ki, hadisə jurnalist dostları ilə futbol oynayarkən baş verib. Belə ki, jurnalist futbol oynayarkən qəfil yıxılıb.
İlkin ehtimala görə, o, ürək tutmasından dünyasını dəyişib.
Hadisə yerinə təcli yardım çağırılıb və onun nəşi ekspertizaya aparılıb.
Qeyd edək ki, 36 yaşlı İlqar Qulusoy ailəli idi.
Mənbə:> Report