DİQQƏT! "HP Azerbaijan" bu batareyaları geri çağırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

DİQQƏT! "HP Azerbaijan" bu batareyaları geri çağırdı – Yanma təhlükəsi var

DİQQƏT! "HP Azerbaijan" bu batareyaları geri çağırdı


HP şirkəti Azərbaycanda qüsurlu noutbuk batareyalarını geri çağırıb.

Trend-in məlumatına görə, yanma təhlükəsi yaratması səbəbindən geri çağırılan batareyalar 2015-ci ilin dekabrından 2017-ci ilin dekabrınadək noutbuklarla komplektdə satılıb.

Bu vasitələr eləcə də aksesuar kimi satılıb və ya şirkətin səlahiyyətli nümayəndəlikləri tərəfindən əvəzedici kimi təqdim edilib.

Bildirilir ki, istifadəçilər batareyanın dəyişdirilməsi məsələsi ilə əlaqədar HB xidmət mərkəzlərinə müraciət edə bilər.

Qeyd edək ki, qüsurlu batareyalar aşağıdakı HP noutbuklarında ola bilər:

- HP ProBook (64x seriyalı G2 & G3, 65x seriyalı G2 & G3),

- HP x360,

- HP ENVY m6,

- HP Pavilion x360,

- HP 11,

- HP ZBook (17 G3, 17 G4 və Studio G3).

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *