Sosial müavinətlərin verilməsində dəyişiklik » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sosial müavinətlərin verilməsində dəyişiklik – Nazirdən ŞAD XƏBƏR –VİDEO

Sosial müavinətlərin verilməsində dəyişiklik



Əlillərin həm sosial müdafiəsi, həm tibbi reabilitasiyası, həm də hüquqlarının qorunması ilə bağlı müddəaların yer aldığı qanun layihəsi Milli Məclisə təqdim edilib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir ünvanlı sosial yardımların təyinindəki dəyişikliyə də toxunub. O, qeyd edib ki, yerlərdə maddi-məişət şəraitinin yoxlanılması yenidən bərpa edilib.

"Əlillərin sosial müdafiəsi haqqında" qanun layihəsi Milli Məclisə təqdim edilib.
Xezerxeber.az bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir bildirib ki, layihədə əlillərin həm sosial müdafiəsi, həm tibbi reabilitasiyası, həm də hüquqlarının qorunması ilə bağlı müddəalar öz əksini tapacaq.

Səlim Müslümov ünvanlı sosial yardımların təyinindəki dəyişikliyə də toxunub. O, qeyd edib ki, sosial müavinətlər 2016-cı il fevralın 15-dən etibarən avtomatlaşdırılmış sistemlə təyin edilir. Hazırda 80 minə yaxın sakin ünvanlı sosial yardımı bu üsulla alır. Nazir deyib ki, avtomatlaşdırılmış sistem istifadəyə verilən yerlərdə maddi-məişət şəraitinin yoxlanılması aradan qaldırılmışdı. Lakin, Hesablama Palatası yerlərdə yoxlamalar aparıb və bəzi səbəblərdən maddi-məişət şəraitinin yoxlanılması bərpa edilib.

Nazir tərkibində əmək qabiliyyətli şəxslər olan ailələrə səslənərək məsləhət görüb ki, həmin insanlar Məşğulluq Mərkəzlərinə müraciət edərək özünəməşğulluq proramlarına cəlb olunsunlar. Bu məqsədlə dövlət tərəfindən 35,8 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Mənbə: Xezerxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *